Qalstanyan iyunun 9-na nə planlaşdırır? – Özü açıqladı

“İyunun 9-da biz öz məqsədlərimizi və addımlarımızı təqdim edəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu erməni keşiş Baqrat Qalstanyan deyib.

O bildirib ki, keçid hökumətinin tərkibi hələ formalaşdırıldığı üçün onun tərkibi təqdim edilməyəcək.

“Keçən dəfə baş verənləri təsəvvür edəndə insanların diqqəti yayındı və idarə heyətinin üzvlərini tənqid etməyə başladılar. İndi gəlin bu həqiqət hərəkatını, mənim şəxsiyyətimi müzakirə baxımından bir kənara qoyaq. Hazırda biz ideoloji meydanı tərk etməmək haqda düşünməliyik”, – deyə Qalstanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az