Qalstanyan elan etdi: “Hökumət binasına doğru irəliləyəcəyik”

“Böyük ehtimalla biz hökumət binasına doğru irəliləyəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu erməni keşiş Baqrat Qalstanyan deyib.

O, etirazçılardan vaxt istəyib və əlavə edib ki, bir müddət sonra növbəti planları açıqlayacaq.

Bu arada “Vətən naminə Tavuş” hərəkatının üzvlərindən biri oğurlanıb.

Belə ki, Suren Petrosyan adlı aksiya iştirakçısının yoxa çıxması barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, mülki geyimli 4 nəfər onu naməlum istiqamətə aparıblar.

Müşviq Tofiqoğlu
Globalinfo.az