İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə münasibətlər və son regional gərginliklə bağlı sərt açıqlamalar verib.
Globalinfo.az xəbər verir ki, Qalibaf bu barədə İndoneziya rəsmiləri ilə görüşü zamanı bildirib. O qeyd edib ki, ABŞ nümayəndələrinə İranın Vaşinqtona heç bir etimad göstərmədiyini açıq şəkildə çatdırıb.
Onun sözlərinə görə, ABŞ ilə yalnız hərbi qarşıdurmaya hazır olan dövlətlər bərabər şərtlərlə danışıqlar apara bilər.
Qalibaf həmçinin iddia edib ki, ABŞ, İsrail və NATO son müharibə ərəfəsində İranı qısa müddətdə geri çəkilməyə məcbur edəcəklərini düşünürdülər. Lakin o, bu planların baş tutmadığını və qarşı tərəfin məqsədlərinə nail ola bilməyəcəyini anladığını bildirib.
Tahir Turan
Globalinfo.az