“Qalatasaray”da imza mərasimi: futbolçularla müqavilə yeniləndi

“Qalatasaray” Barış Alper Yılmaz, Lukas Torreyra, Fernando Muslera, Kaan Ayhan və Abdülkerim Bardakcı ilə müqavilələri yeniləyib.

Globalinfo.az xəbər verir ki, adı çəkilən futbolçular üçün imza mərasimi təşkil olunub.

Mərasimdə “Qalatasaray” prezidenti Dursun Özbek və digər klub rəsmiləri iştirak ediblər.

“Sarı-qırmızılı”ların prezidenti Dursun Özbek, “Yeni uğurlara doğru irəliləyirik. İnanıram ki, bütün azarkeşlərimiz bu komanda ilə fəxr edirlər”, – deyib.