“Rams Park”da oynanılan görüşdə qapılara qol vurulmayıb.
***21:05
Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilir.
Globalinfo.az xəbər verir ki, 25-ci turda “Qalatasaray” “Fənərbaxça”nı qəbul edir.
Matç “Rams Park”da Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Qarşılaşmanı sloveniyalı məşhur refer Slavko Vinçiç idarə edir.
Qeyd edək ki, bu komandalar arasında ötən il keçirilən son görüşdə “Qalatasaray” 3:1 hesablı qələbə qazanıb.
Hazırda turnir cədvəlində “Qalatasaray” 63 xalla liderdir. “Fənərbaxça” isə 57 xalla 2-cidir.














