Bu gün Türkiyə Superliqasında XXV tura İstanbul derbisi ilə yekun vurulacaq.
Globalinfo.az xəbər verir ki, “Qalatasaray” doğma meydanda əzəli rəqibi “Fənərbağça”nı qəbul edəcək.
Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Oyunu Slavko Vinçiçin başçılıq etdiyi əcnəbi hakimlər idarə edəcəklər.
Çempionluq yolunda həlledici olan bu qarşılaşma “beIN Sports HD1” kanalında canlı yayımlanacaq.