WhatsApp Image 2025 09 19 at 01

UEFA Çempionlar Liqasının Liqa mərhələsində Türkiyə təmsilçisi “QalatasarayAlmaniya komandası “Ayntraxt Frankfurt”la qarşılaşıb.

Globalinfo.az xəbər verir ki, Almaniyada keçirilən qarşılaşmada Türkiyə təmsilçiləri 5-1 hesabı ilə məğlub olub.

Oyunun 8-ci dəqiqəsində “Qalatasaray” hesabı açmağa müvəffəq olsa da, 37-ci dəqiqədən etibarən rəqib komanda ardıcıl qollar vurmağa başladı. Belə ki, Doan 37-ci dəqiqədə bərabərlik qolunu vurub. İlk hissənin son dəqiqələrində “Frankfurt” Uzun Can və Burkardtın qolları ilə hesabı öz xeyrinə dəyişib: 3-1.

“Frankfurt” matçın 66 və 75-ci dəqiqəsində hesabı daha da artırıb. Oyun 5-1 başa çatıb.

Gecənin digər nəticələri aşağıdakı kimidir:

I tur

“Brügge” 4-1 “Monako”;

“Kopenhagen” 2-2 “Bayer Leverkuzen”;

“Mançester Siti” 2-0 “Napoli”;

“Nyukasl Yunayted” 1-2 “Barselona”;

“Sportinq” 4-1 “Kayrat”.


Paylaş: