İstanbulda dramatik gecə: “Beşiktaş” – “Qalatasaray” matçında…

Türkiyə Super Liqasında “Beşiktaş” öz meydanında lider “Qalatasaray”ı qəbul edib.

Globalinfo.az xəbər verir ki, matç “Beşiktaş”ın 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qələbə qollarını R.Saiss, A.Hacıəhmədoviç və Abubakar vurub.

“Qalatasaray”ın heyətində İkardi fərqlənib.

Bu hesabla “Beşiktaş” lider “Qalatasaray”a bir qədər də yaxınlaşıb. “Fənərbağça” ilə “Qalatasaray” arasında xal fərqi 3 olub.

Derbi nəticəsindən sonra Türkiyə Super Liqasında mübarizə daha da gərginləşib.