Qafqazda vəziyyət alovlanır, risk var – Vasilyev

Qafqazda vəziyyət alovlanır, risk var - Vasilyev

“Qərb Qafqaz regionuna neqativ təsir göstərir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev deyib.

O, hazırda bir neçə regionda vəziyyətin narahatlıq doğurduğunu bildirib:

“Qərb Qafqaz regionunda kollektiv təhlükəsizliklə bağlı qeyri-stabilliyi alovlandırır. Mərkəzi Asiya regionunda daimi gərginlik var. Bölgədə terrorizm və narkotiklərin yayılması riski azalmır.

Paralel olaraq Avropada da gərginlik artıb. Strateji situasiya Finlandiya və İsveçin NATO-ya qoşulmasından sonra daha da pisləşib”.

Əliyar Xəlil
Globalinfo.az