Qafqazda ABŞ – Fransa toqquşması pik həddə: Silahlar işə düşür…

Fransanın Qafqaza bu şəkildə girişi və burda sabitliyə təhlükə yaratması, pozuculuq fəaliyyəti ciddi müqavimətlə üzləşib. Azərbaycanın sürpriz müttəfiqləri -ABŞ, İtaliya artıq ortaya mövqe qoyur. Fransanın Ermənistana verdiyi “Sezar”a cavab olaraq İtaliya və ABŞ birgə istehsalı olan hərbi təyyarə Bakıya gətirildi.

Mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycan daha əvvəl də Qərb ölkələrinin, xüsusilə də Çexiya, İtaliya və s. ölkələrin texnikaları ilə yaxından maraqlanıb:

“Bəzi silahlar isə Azərbaycan Silahlı Qüvvələrində uzun illərdir ki, istifadə olunur. Fransa ölkəmizə qarşı düşmənçilik fəaliyyəti yürüdür. Bu fəaliyyəti Ermənistan üzərindən Azərbaycana qarşı istifadə etməyə çalışır.


Ədalət Verdiyev

Rəsmi Paris “Sezar”-ların İrəvana çatdırılmasına söz verib. Bu silahların daşınması yaxın il yarım ərzində baş tuta bilər. Miqdarı isə bir artilleriya divizionunu formalaşdırmağa imkan verir. Ermənistanın müharibədəki artilleriya toplarında olan itkiləri bundan təxminən 5 dəfə daha artıqdır. Odur ki, məhdud miqyasda “Sezar”-ların verilməsi Ermənistana sadəcə dəstək verəcək.

“Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi ilə “Sezar”-ları müqayisə etmək düzgün deyil”.

Safura Bənnayeva
Globalinfo.az