“BMW” markalı avtomobillə “drift” edərkən idarəetməni itirib bir qadın və bir uşağın xəsarət almasına səbəb olan dağıstanlı bloger Hacı Hacıyev ev dustaqlığına buraxılıb.
Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, Moskva Vilayət Məhkəməsi Hacıyevin Dağıstanda yaşadığı yerdə ev dustaqlığına buraxılması barədə qərar çıxarıb.
Müdafiə tərəfi blogerin Moskva vilayətində ev dustaqlığında olması üçün ünvanın dəyişdirilməsi barədə vəsatət qaldıracaq.
Xatırladaq ki, avtobloger Moskva vilayətinin Odintsovo şəhərində qəza törədib. Qəza ötən ilin noyabr ayında driftçilərin görüşündə baş verib.
Hacıyev maşınla vurduğu qadının ayağının sınmasını şərh edərkən bunu “xırda zədə” adlandırmışdı.














