“Qadına Dəstək Mərkəzi” yaradılır – FOTO

Fevralın 1-dən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Səhiyyə və Sağlam Həyat” İctimai Birliyinin “Sağlam gələcək naminə” QHT Koalisiyasına üzv olan digər QHT-lərlə birgə həyata keçirdiyi “”Sağlam qadın sağlam cəmiyyətin təməlidir” layihəsi çərçivəsində “Qadına Dəstək Mərkəzi”nin yaradılması” adlı layihənin icrasına başlanılıb.

Globalinfo.az bildirir ki, layihənin məqsədi ölkəmizdə məişət zorakılığının qarşısını almaq, məişət zorakılığına məruz qalmış qadınların psixoloji problemlərini aradan qaldırmaq, gənc qızların daha məlumatlı dayanıqlı və güclü olmaları üçün onları maarifləndirmək, qadın və qızlara qarşı hər hansı zorakılığı aradan qaldırmaq və hüquqlarını müdafiə etməkdir.

4 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində Bakı şəhərində “Qadına Dəstək Mərkəzi”nin fəaliyyətinə start veriləcək və Mərkəzdə zərərin qarşısının alınması məqsədi ilə hələ nigaha daxil olmamış gənclərin maarifləndirilməsi və psixloji dəstək alması üçün maarifləndirici təlimlər təşkil olunacaq. Göstərilən xidmətlərdən uzaq məsafədən yararlanmaq istəyən və evdən çıxmaq imkanı olmayan qadınlar üçün Mərkəzdə “Qaynar xətt” yaradılacaq.

Layihə çərçivəsində bölgələrdə yaşayan məişət zoraklığına məruz qalmış, ailə münasibətlərində və iş həyatında problemlərlə üzləşən qadınların, eləcə də zərərin qarşısının alınması məqsədi ilə hələ nikaha daxil olmamış gənc qızların maarifləndirilməsi və ehtiyacı olanlara hüquqi və psixoloji yardımın çatımlılığının təmini məqsədilə Masallıda, Balakən və Beyləqanda səyyar tədbirlər təşkil ediləcək.

“Qadına Dəstək Mərkəzi” yaradılır - FOTO