Dini etiqadına görə heç kim təqiblərə məruz qalmır – Şeyx

“Bu gün Azərbaycanda dini etiqadına görə heç kim təqiblərə məruz qalmır”.

Globalinfo.az bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, şiə və sünni olmasından asılı olmayaraq, Azərbaycanda hər kəsə eyni münasibət göstərilir.

“Azərbaycanda şiə məzhəbli şəxslərə qarşı represiyaların olması barədə iddialar yalandır, şayiədir”, – QMİ sədri vurğulayıb.