Abşeronda Özbəkistan vətəndaşı qəzadan 11 gün sonra öldü

Abşeronda Özbəkistan vətəndaşı qəzadan 11 gün sonra öldü

Abşeronda avtomobilin vurduğu Özbəkistan vətəndaşı 11 gün sonra ölüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, oktyabrın 7-də Zümrüd Paşayeva idarə etdiyi “Mercedes” markalı avtomobillə Xırdalan şəhərində hərəkətdə olarkən Özbəkistan vətəndaşı Viktoriya Qroxotovanı vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.