Qabriel Attal: “Rusiya Fransaya birbaşa təhlükə yaradır”

“Rusiya Fransa üçün birbaşa təhlükə yaradır”.

Globalinfo.az xəbər verir ki, bunu Fransanın Baş naziri Qabriel Attal Senatdakı çıxışında deyib.

“Reallıq ondan ibarətdir ki, Rusiya bütün aspektlərdə Fransaya təhlükə yaradır”.

Qabriel Attal bildirib ki, Rusiya Fransada dezinformasiya kampaniyaları həyata keçirir, Avropa ölkələrində sabitliyin pozulmasına yönəlik addımlar atır və kiberhücumlarla təhdid edir.

Xatırladaq ki, daha öncə Fransanın müdafiə naziri Sebastyen Lekornu “Midi Libre” qəzetinə müsahibəsində eyni bəyanatla çıxış edib.

Əliyar Xəlil
Globalinfo.az