“Qəzəbliyəm” – Tramp Çarlinin qətlindən sonra xalqa səsləndi

"Qəzəbliyəm" - Tramp Çarlinin qətlindən sonra xalqa səsləndi

ABŞ Prezidenti Donald Tramp siyasi fəal və bloger Çarli Kirkin qətlindən sonra xalqa videomüraciət ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Çarli Kirkin iyrənc qətlinə görə kədər və qəzəblə doluyam. O, milyonları ruhlandırdı, bu gün Çarlini tanıyan və sevənlərin hamısı dəhşət içindədir”, – deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, amerikalı siyasi fəal və bloger Çarli Kirk Yuta ştatında universitetdə çıxışı zamanı sui-qəsdə uğrayıb. Hadisə Yuta ştatında keçirilən tədbir zamanı qeydə alınıb. Tədbirdə iştirak edənlər arasında panika yaranıb, hüquq-mühafizə orqanları dərhal müdaxilə edib.

Şübhəli şəxs hadisə yerində saxlanılıb və polis tərəfindən həbs edilib. Hazırda onun motivləri araşdırılır.

Əliyar Xəlil
Globalinfo.az