usakov 121

“Yaxın Şərqdə gərginləşən vəziyyət güc yolu ilə həll edilməməlidir. Bunun üçün Moskva da, Pekin də heç bir perspektiv görmür”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O, Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında baş tutan telefon danışığını şərh edib.

Uşakov bildirib ki, dialoqun əsas mövzusu İran və İsrail arasında münaqişənin gərginləşməsi olub.

Qeyd edək ki, iyunun 19-da V.Putin Si Cinpinlə telefon danışığı aparıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: