Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.
Uzunmüddətli telefon söhbəti zamanı liderlər bir sıra vacib məsələlərə toxunublar. Xüsusilə, Avrasiya İqtisadi İttifaqının qarşıdan gələn sammiti, Belarus-Rusiya müttəfiqlik gündəliyi və birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.
Prezidentlər həmçinin regional məsələlər və beynəlxalq vəziyyətə – o cümlədən Ukraynada və Yaxın Şərqdə baş verənlərə dair geniş fikir mübadiləsi aparıblar.
Bundan əlavə, Lukaşenko və Putin bütün aktual məsələləri ətraflı şəkildə müzakirə etmək üçün yaxın vaxtlarda Minskdə görüşmək barədə razılığa gəliblər.
*** 23:24
Rusiya Prezidenti Vladimir Putin ilə Belarus Prezidenti Aleksandr Lukaşenko telefon danışığı aparıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə yaxın “Pul Pervogo” teleqram kanalı məlumat yayıb.
“Lukaşenko və Putin az əvvəl telefonla danışdılar”, – deyə kanalda bildirilir.
Danışığın detalları barədə hələlik əlavə məlumat verilməyib.
Aysel Əliyeva
Globalinfo.az