NATO sammitində diqqətçəkən məqamlardan biri Albaniyanın Baş naziri Edi Ramanın ayaqqabıları olub.
Globalinfo.az xəbər verir ki, bununla bağlı maraqlı görüntülər yayılıb.
Edi Rama NATO Liderlər Zirvəsinə klassik ayaqqabı əvəzinə idman ayaqqabısı ilə qatılıb.
Fransa Prezidenti Emmanuel Makron onunla zarafat edib. Bu zaman bəzi liderlərin də Ramanı göstərərək gülümsədiyi kadrlara düşüb.
Rama isə uzunboylu olmasına eyham vuraraq, “Bir pillə aşağı düşüm?” deyə zarafat edib.
Daha sonra NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampa Ramanın ayaqqabılarını göstərərək gülüb. Lakin Trampın buna xüsusi reaksiya vermədiyi görünüb.
Qeyd edək ki, Edi Ramanın ağ idman ayaqqabıları artıq uzun illərdir onun fərqləndirici üslubunun bir hissəsidir. Bu ayaqqabılar daha əvvəl də beynəlxalq sammitlərdə diqqət çəkib. Hətta ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Ramanın ayaqqabılarını bəyəndiyini zarafatla dilə gətirmiş, Rama isə “Sənin maşınına da bir cüt qoymuşam” cavabını vermişdi.
Her saniyesinde ayrı bir detay var.
2 metre 2 santimetre boyundaki Arnavutluk Başbakanı Edi Rama, NATO Liderler Toplantısı’na spor ayakkabılarıyla katıldı.
Macron, Rama’ya takılırken bazı liderlerin de Rama’yı işaret ederek gülüştükleri görüldü.
Rama, uzun boyuna gönderme… https://t.co/hPSoz0DfSb pic.twitter.com/XDb5pyPrAB
— Aykırı (@aykiri) July 8, 2026
Günel Cəlil
Globalinfo.az