
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Kremllə bağlı təəssüratlarını bölüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “WABC” radiosuna müsahibə verib.
O, Rusiya Prezidenti Vladimir Putinlə görüşdən əvvəl heyrət içində olduğunu deyib.
“Kremlə gəldim. Bir az qorxu içində idim. Çünki ABŞ hökuməti adından buradayam, sülh sazişi barədə razılığa gəlməyə çalışırdım”, – Uitkoff bildirib.
Trampın nümayəndəsi xatırladıb ki, Putinlə dörd dəfə görüşüb və heç biri üç saatdan az çəkməyib.
Günay Rəsulqızı
Globalinfo.az