Putinlə görüşdə Paşinyanın xahişi: “Qarabağı da müzakirə edək”

Putinlə görüşdə Paşinyanın xahişi: "Qarabağı da müzakirə edək"

“Biz vaxtaşırı olaraq görüşürük və geniş məsələləri müzakirə edirik”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə Vladimir Putinlə görüşü zamanı deyib.

O, görüşdə Putinlə Rusiyanın Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti olaraq yerləşdirilən rus sülhməramlıların fəaliyyətini müzakirə etmək arzusunda olduğunu da dilə gətirib:

“Bu gün ikitərəfli gündəmi və regional məsələləri müzakirə edəcəyik. Düşünürəm ki, bu gün Qarabağdakı rus sülhməramlıların məsuliyyət zonasını da müzakirə edə bilərik. Təəssüf ki, humanitar vəziyyət orada gərgin olaraq qalır”.

Qeyd edək ki, görüşün gündəmində rus sülhməramlılar məsələsi olmadığı Putinin nitqindən də aydın idi.

*** 18:39

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

*** 13:19

Rusiya Prezidenti Vladimir Putin bu gün Soçidə Ermənistan Baş naziri Nikol Paşinyanla ayrıca görüş keçirəcək.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Vladimir Putin artıq Soçidədir.

Ayşən Mustafa
Globalinfo.az