Serbiya Prezidenti Aleksandr Vuçiç Kazanda keçiriləcək BRİKS sammitinə getməyəcək.
Globalinfo.az xəbər verir ki, onu sammitdə baş nazirin müavini təmsil edəcək.
Vuçiç getməmə səbəbini Polşa Baş naziri Donald Tuskun Belqrada səfəri ilə əlaqələndirib. Üstəlik, Putinlə telefonla danışığı zamanı ölkəni tərk etməməsinin “yaxşı bilinən vəziyyətə” görə olduğunu bildirib. Lakin o “yaxşı bilinən” vəziyyətin nə olduğunu açıqlamayıb.
Qeyd edək ki, Kreml Vuçiçin gəlməməsini Avropa İttifaqının Serbiyaya təzyiqləri ilə əlaqələndirib.
BRİKS sammitinə qədər artıq iki ölkə təşkilata üzv olmayacağını bildirib. Bunlar Qazaxıstan və Ermənistandır.
Əliyar Xəlil
Globalinfo.az














