“Putinin yenidən hücum etməyəcəyinə əmin olmalıyıq”

“Putinin yenidən hücum etməyəcəyinə əmin olmalıyıq”

ABŞ Ukraynaya Rusiya ərazisində tətbiq edilməsi üçün lazım olan hər şeyi verməlidir.

Globalinfo.az xəbər verir ki, bunu Altantika Şurasının eksperti Daniyel Frid deyib.

“ABŞ konfliktdən sonra Ukraynanın təhlükəsizliyi barədə fikirləşməlidir ki, Rusiya gücünü bərpa edib, yenidən geri qayıtmasın. Biz əmin olmalıyıq ki, Putin bir neçə il sonra müharibəni yenidən bərpa etməyəcək”, – o bildirib.

Qeyd edək ki, Daniyel Frid ABŞ-nin Polşadakı eks-səfiri olub. Onun dönəmində Polşanın və digər Şərqi Avropa ölkələrinin NATO-ya inteqrasiya prosesi sürətlənib.

İlkin
Globalinfo.az