Putinin səhhəti pisləşdi

Rusiya Prezidenti Vladimir Putin 12-13 avqust tarixlərində özünü pis hiss edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “General SVR” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Putin heç bir iclas keçirməyib, ancaq dərman və hesabatlar qəbul edib:

“İstirahət günləri Putin özünü pis hiss edib. Prezidentin şəxsi görüşləri yalnız həkimlər və ən yaxın adamları ilə məhdudlaşıb”.