Putinin açıqlamasının şifrəsi: “Əl hərəkəti ilə göstərdi…”

“Siyasətdə açıq şəkildə deyilən və hiss etdirilən məqamlar var. Bir əlin, ya da qaşın hərəkəti ilə belə məsələni anlamaq olur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qeqam Manukyan Rusiya Prezidenti Vladimir Putinin İrəvan rəsmiləri ilə heç bir problemin olmadığına dair açıqlaması haqda deyib.

Manukyan Paşinyanın yerli televiziyaya verdiyi müsahibədə Rusiya və Qarabağla bağlı açıqlamalarının yalan olduğunu qeyd edib:

“Ermənistan səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılması və ona nota təqdim edilməsi, daha sonra Paşinyanın mövqeyinin dəyişməsi hər şeyi göstərir. Yəni bir şillə kifayət etdi. Lakin siyasətdən başı çıxmayan insanlar incə məqamları anlamırlar. Bəlkə də Paşinyan hakimiyyəti odla oynadığını anlayıb. Nikolun həyat yoldaşı Ukraynaya gedir, müxtəlif görüşlər keçirir, siyasi əhəmiyyətli jestlər edir. Amma sonra bunun siyasətlə heç bir əlaqəsinin olmadığını bildirirlər.

Son 10 gündə Ermənistanın bütün hakimiyyət dairələrində ciddi anti-Rusiya kampaniyası başladılmışdı. Ona görə Paşinyanın heç bir sözünü ciddi qəbul etmək lazım deyil. Onun müsahibəsində səsləndirdiyi fikirlər yalandır”.

Ayşən Mustafa
Globalinfo.az