Putinin mükəmməl planı 21 aydır işləyir – “Der Şpiqel”

“Rusiya Prezidenti Vladimir Putinin Ukrayna və Qərblə qarşıdurmada özündən razı qalması üçün hər cür əsas var”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın “Der Şpiqel” jurnalı yazıb.

Nəşr iddia edir ki, Rusiya iqtisadiyyatı yüksək neft qiymətləri hesabına artan hərbi hasilat və sanksiyalara tab gətirə bilir:

“Qərb əmin idi ki, Kremlin Ukrayna ilə bağlı planı iflasa məhkumdur və Rusiya üçün baha başa gələcək. Amma xüsusi əməliyyatdan 21 ay keçsə də, Kremlin hesablamaları hələ də mükəmməl işləyir.

Putin beynəlxalq aləmdə rədd edilməyib, üstəlik bu yaxınlarda G20-nin virtual görüşündə iştirak edib. Hakimiyyətdəki mövqeləri sağlamdır və cəbhə xəttində irəliləyişlər var”.

Nəşr qeyd edir ki, vəziyyəti dəyişmək üçün neftin qiymətini aşağı salmaq, sanksiyaları sərtləşdirmək və hərbi balansı Ukraynanın xeyrinə dəyişmək, Qərb silahlarının tədarükünü artırmaq lazımdır.

Safura Bənnayeva
Globalinfo.az