owl detail 620 1d77285da7c5fe17e7eef9532b7bc006

Rusiya Prezidenti Vladimir Putin Kambocanın Baş naziri Hun Manetlə görüş zamanı tərcüməçi ilə bağlı yaranan anlaşılmazlığa zarafatla münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, görüşün əvvəlində sinxron tərcümənin işləmədiyi məlum olub. Putin qonaqdan ingilis dilində hər şeyin qaydasında olub-olmadığını soruşduqdan sonra vəziyyətə yumorla yanaşıb.

“Bəlkə tərcüməçini eşitmirsiniz? Görünür, dincəlməyə gedib, yəqin ki, yorulub. İndi onu tapacağıq”, – deyə Putin zarafat edib.

Daha sonra texniki problem aradan qaldırılıb və görüş normal qaydada davam edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: