Putinin Balkanlardakı müttəfiqi: “NATO-ya üzvlük olmayacaq”

Putinin Balkanlardakı müttəfiqi: "NATO-ya üzvlük olmayacaq"

Serb Respublikası Bosniya və Herseqovinanın NATO-ya qoşulmasına izin verməyəcək.

Globalinfo.az xəbər verir ki, bunu Bosniya və Herseqovinanın tərkibində yer alan Serb Respublikasının Prezidenti Milorad Dodik deyib.
“Mən çox aydın deyirəm, Bosniya və Herseqovina NATO-ya üzv olmayacaq” – deyə o bildirib.

Dodik deyib ki, NATO üzvlüyü barədə razılaşma reallaşdırıla bilməz, çünki serblər heç vaxt başlarına alyans tərəfindən gətirilən əzabları unutmayacaqlar.

Qeyd edək ki, Serb Respublikası ümumiyyətlə Bosniya və Herseqovinanın Qərbə inteqrasiyasına qarşı çıxır. Muxtar respublika həmçinin müstəqil serb dövlətini yaratmağa cəhd edir. Dodik Serb Respublikasının daha çox Rusiya və Çinə inteqrasiyasına çalışır və keçmiş Yuqoslaviya liderlərindən bu işdə daha çox yararlanır. O, Qərb mətbuatı tərəfindən Putinin Balkanlarda müttəfiqi kimi tanınır.

Əliyar Xəlil
Globalinfo.az