Putin növbəti müddətə vəzifəsinin icrasına başladı – VİDEO

Vladimir Putin rəsmi olaraq altı illik müddətə Rusiya Prezidenti kimi vəzifəsinin icrasına başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin bildirib.

Dövlət başçısı vəzifəsinin icrasına başladığı elan edildikdən sonra çıxış etməlidir.

***12:47

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir.

Globalinfo.az xəbər verir ki, tədbir Kremldə təşkil olunub.

Rusiya liderinin andiçmə mərasimində minlərlə qonaq iştirak edir.

Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28% səslə qalib gələrək beşinci dəfə Rusiya prezidenti seçilib.