
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın nümayəndəsini 8 saat gözlədib və həmin müddət ərzində belaruslu həmkarı Aleksandr Lukaşenko ilə təcili danışıq aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvada 12 saatdan çox qalıb, onun da 8 saatını Kremlə dəvət gözləyərək keçirib.
Uitkoffun səfərinin öncədən planlaşdırılmasına baxmayaraq, Putin Lukaşenko ilə təcili görüş təşkil edib və bu görüşü məhz amerikalı nümayəndə ilə görüşdən öncə keçirib.
Aysel Əliyeva
Globalinfo.az