Roma Statutunu qəbul edən ölkələrdə Rusiya Prezidenti Vladimir Putinin saxlanılmaması son günlər geniş müzakirə edilir. Ekspertlər deyir ki, bu, Qərbin nüfuzuna ciddi zərbə vurur. Hətta onun Ermənistana getməsi halında belə həbs edilməyəcəyini deyənlər var.
Rusiya prezidentinin həbsi dünyada hansı gərginliyi yaradar? Belə bir dövlətin başçısını həbs etmək mümkündürmü?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzovun sözlərinə görə, Putinin Monqolustana səfəri göstərdi ki, onu həbs etmək o qədər də asan deyil:
“Kreml rəhbəri səfəri ilə əslində Roma Statutunu ratifikasiya edən dövlətlərə meydan oxudu. Ermənistan gəldikdə, Putin ora getməz, lazım gəlsə, Baş nazir Nikol Paşinyanı ölkəsinə çağırar. Hərçənd İrəvana gedərək Paşinyanı çıxılmaz vəziyyətdə qoyması da mümkündür. Onda Ermənistan hakimiyyəti çətin sınaq qarşısında qalacaq.
K.Novruzov qeyd edib ki, Roma Statutunu təsdiqləyən dövlətlər arasında kifayət qədər güclü aktorlar var:
“Doğrudur, Putini həbs etmək o qədər də asan deyil, amma məncə, Türkiyə türkcəsində deyildiyi kimi, şanslarını zorlamamalıdır. Əlbəttə, Statutunu təsdiqləyənlər arasında Putin kimi bir “dəli” lider çıxıb onu həbs edə bilər”.
Turan Rzayev
Globalinfo.az