Rusiya Prezidenti Vladimir Putin Serbiya Prezidenti Aleksandar Vuçiçi Milad bayramı və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib. 

Globalinfo.az xəbər verir ki, V.Putin Vuçiçə təbrikində “qardaş serb xalqına sülh və firavanlıq” arzu etdiyini deyib.

“Rusiya ilə Serbiya arasında çoxəsrlik dostluq, mənəvi yaxınlıq ənənələrinə əsaslanan münasibətlər dünyadakı mövcud vəziyyətdən asılı olmayaraq konstruktiv ruhda inkişaf edir. Mən dialoqumuzun davam etdirilməsi və cari vəziyyətlə bağlı birgə məhsuldar işləməyimizi səbirsizliklə gözləyirəm”, – Kremldən Vuçiç administrasiyasına göndərilən məktubda bildirilir.

Qeyd edək ki, artıq bir müddətdir Serbiyanın paytaxtı Belqradda qərbyönümlü müxalifət tərəfdarlarının mövcud hakimiyyətə qarşı genişmiqyaslı aksiyası keçirilir. Kremlin Rusiya Prezidentinin artıq sadəcə dost hesab etdiyi ölkələrin liderlərini təbrik edəcəyinə dair açıqlamasından sonra A.Vuçiçə göndərilən məktub diqqət çəkib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: