3b18e528 d75e 46d5 8085 7269430657d9 w1080 h608 s

Nikol Paşinyan tələsik Ermənistan parlamentinin binasını tərk edib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, Baş nazir Nikol Paşinyan tələsik Ermənistan parlamentinin binasından çıxıb.

Onun binadan çıxarkən həyəcanlı şəkildə telefonla danışması diqqətdən yayınmayıb.

Bu arada Paşinyan Ermənistan polisin hərəkətinə haqq qazandırıb.

“İnsident baş verirsə, polisin bütün qanuni əsasları var ki, müvafiq addım atsın. Daxili işlər nazirinə, polis rəisinə, Milli Təhlükəsizlik Xidmətinin direktoruna verdiyim göstərişləri bilirəm. Əgər zor tətbiq edilibsə, bu, qanunla müəyyən edilmiş formada baş verib. Polisin qanun çərçivəsində hərəkət etdiyinə şübhəm yoxdur”, – Paşinyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: