Putindən Trampın Nobel almamasına REAKSİYA

Putindən Trampın Nobel almamasına REAKSİYA

“Nobel Sülh Mükafatı Komitəsinin qərarları mükafatın etimadına böyük ziyan vurub”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Tacikistana dövlət səfərindən sonra keçirilən mətbuat konfransında deyib.

“Elə hallar olub ki, komitə sülh naminə heç bir iş görməyən insanlara Nobel Sülh Mükafatı verib. Fikrimcə, bu qərarlar bu mükafatın nüfuzuna çox böyük zərbə vurub”, – dövlət başçısı bildirib.

ABŞ Prezidenti Donald Trampın Nobel mükafatına layiq olub-olmaması ilə bağlı jurnalistlərin suallarını cavablandıran Putin qeyd edib ki, mükafatı kimin alacağına qərar vermək onun ixtiyarında deyil.

Xatırladaq ki, oktyabrın 10-da Nobel Sülh Mükafatı Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya verilib.

Əliyar Xəlil
Globalinfo.az