Rusiya Prezidenti Vladimir Putin miqrantların gəlirlərinə dair tələbləri sərtləşdirən qanunu imzalayıb.
Globalinfo.az xəbər verir ki, yeni qanuna əsasən, Rusiyada çalışan xarici vətəndaşlar həm özlərini, həm də himayəsində olan ailə üzvlərini maddi cəhətdən təmin etməyə borclu olacaqlar.
Onların gəliri çalışdıqları region üzrə yaşayış minimumundan (regional əmsal nəzərə alınmaqla) aşağı olmamalıdır.
Miqrant eyni vaxtda bir neçə regionda işləyərsə, hesablanma ən yüksək yaşayış minimumu tətbiq olunan region üzrə aparılacaq.
Bununla yanaşı, tələb olunan gəlir məbləği həmin region üzrə orta aylıq əməkhaqqını keçə bilməz.
Bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirmişdi ki, Rusiyada miqrantların ölkədən çıxarılmasına səbəb olan inzibati hüquqpozuntuların siyahısı genişləndiriləcək. İlkin olaraq siyahının 22 maddədən 43 maddəyə çatdırılması nəzərdə tutulsa da, son dəyişikliklərdən sonra bu rəqəm 45-ə yüksəlib.
Əliyar Xəlil
Globalinfo.az