1762243680 420904 900x574 2

Rusiya Prezidenti Vladimir Putin ölkənin gömrük orqanlarına pilotsuz uçuş aparatlarına qarşı mübarizə səlahiyyətləri verən qanunu imzalayıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, artıq Rusiyanın gömrük orqanları qurumun obyektlərinə hücum və ya hücum təhlükəsi olduqda dronların fəaliyyətinin qarşısını almaq hüququ əldə ediblər.

Söhbət hava, sualtı və s. olmaqla istənilən avtomatlaşdırılmış pilotsuz komplekslərdən, eləcə də pilotsuz nəqliyyat vasitələrindən gedir.

Qanun rəsmi şəkildə dərc olunduqdan 30 gün sonra qüvvəyə minir.

Paylaş: