Putindən postsovet dəyişikliyi: İrəvanın kitabı bağlandı

Putindən postsovet dəyişikliyi: İrəvanın kitabı bağlandı

Rusiya keçmiş sovet respublikaları ilə münasibətlər formatını dəyişdirəcək.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Vadim Yevseyev deyib.

Onun sözlərinə görə, artıq Rusiya bu münasibətləri tarixi əlaqələr əsasında yox, ilk növbədə iqtisadi maraqlardan irəli gələrək quracaq:

“Rusiya SSRİ-dən olan keçmiş qonşuları ilə emosional tərkibli qarşılıqlı fəaliyyətdən iqtisadi, maliyyə və hüquq sferasında rasional konstruktiv zəminə, mövqelərin yaxınlaşdırılması və razılaşdırılmasına keçir. Xüsusi hər kəs üçün ümumi olan milli təhlükəsizlik məsələlərinə diqqət ayrılacaq”.

Qeyd edək ki, Rusiya Ermənistanla əlaqələrini tarixi bağlara əsasən qururdu və bu ölkə ilə münasibətlərdə iqtisadi faktorları nəzərə almırdı.

Turan Rzayev
Globalinfo.az