Putindən Ərdoğanla bağlı açıqlama: “Ümid edirəm ki…”

Rusiya lideri Vladimir Putin yaxın həftələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə bildirib.

“Ümid edirəm ki, yaxın gələcəkdə Ərdoğanla görüşmək və bütün cari məsələləri müzakirə etmək imkanımız olacaq”, – Putin bildirib.

Rusiya prezidenti Ərdoğanın iyulun əvvəlində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək beynəlxalq tədbirə qatılacağını açıqlayıb. Orada iki liderin görüşü baş tutacaq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan öz növbəsində prezident Ərdoğanın salamlarını çatdırıb.

O, Moskvada bir sıra görüşlər keçirdiyini və bu görüşlərdə Suriya məsələlərinin müzakirə olunduğunu vurğulayıb.

Rusiya prezidenti həmçinin Ukrayna ilə danışıqlar prosesini dəstəklədiyinə və dialoq üçün İstanbul platformasını təmin etdiyinə görə Ərdoğana təşəkkürünü bildirib.

“Biz türk dostlarımızın Ukrayna ətrafındakı böhranın həllinə töhfə vermək niyyətinə görə minnətdarıq”.

Putin taxıl müqaviləsinin bağlanmasında Ərdoğanın mühüm rol oynadığını əlavə edib. Bildirib ki, müqavilənin uzadılmamasının günahı Rusiyada deyil.

Müşviq Tofiqoğlu
Globalinfo.az