putin 900x657 1

Rusiya Prezidenti Vladimir Putin aviasiya yanacağı ixracını dayandırmaqla Avropa ölkələrinə xoşagəlməz bir sürpriz edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Çinin “Baijiahao” nəşri məlumat yayıb.

Bildirilib ki, təyyarə yanacağının tədarükünə qoyulan qadağa, Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazının blokadası nəticəsində yaranan enerji böhranı fonunda tətbiq edilib:

“Beləliklə, Avropada yanacağa tələbatın pik həddə çatdığı bütün turizm mövsümü ərzində təyyarə yanacağının ixracı dayandırılacaq. Yəni Putinin qərarı onları çox qəzəbləndirib”.

Jurnalistlər Moskvanın qərarının Avropada yanacaq qiymətlərinin kəskin şəkildə artmasına səbəb olacağını vurğulayıblar.

Xatırladaq ki, iyunun 1-də Rusiya aviasiya kerosininin, o cümlədən birjadan alınan kerosinin ixracına müvəqqəti qadağa qoyulduğunu elan etdi. Məhdudiyyətlər bu ilin 30 noyabrına qədər qüvvədə qalacaq.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: