Putin Zelenski ilə görüşə razılıq VERDİ

Putin Zelenski ilə görüşə razılıq VERDİ

Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə sammit çərçivəsində görüşən Rusiya Prezidenti Vladimir Putinə jurnalistlər tərəfindən rus dilində sual ünvanlanıb.

Globalinfo.az xəbər verir ki, sual belə olub:

“Zelenski ilə qısa üçtərəfli görüşə hazırsınızmı?”

Putin sözlə cavab verməsə də, başı ilə təsdiqləyici hərəkət edərək “bəli” mesajı verib.

Bu jest, müşahidəçilər tərəfindən Kremlin Ukrayna ilə birbaşa dialoqa qapıları tam bağlamadığının rəmzi kimi dəyərləndirilib.

Tahir Turan

Globalinfo.az