“Rusiyanın hazırda Xarkovu ələ keçirmək kimi bir planı yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Rusiya Prezidenti hazırda şiddətlənən döyüşlərin və intensiv hücumların Moskvanın Kiyevə cavabı olduğunu bildirib:
“Rusiya Silahlı Qüvvələrinin Xarkov istiqamətində həyata keçirdiyi əməliyyatları Ukrayna hakimiyyətinin addımlarına görədir. Bu, sadəcə Rusiyanın regionlarının atəşə tutulmasına verilən cavabdır. Rusiya Ukrayna məsələsində kimə etibar edə biləcəyini yaxşı anlayır, vəziyyəti təhlil edir. Ümumiyyətlə isə danışıqlar prosesinin əsasını İstanbul razılaşmaları təşkil edir. Biz həmçinin Ukrayna ilə sülh danışıqlarında iştirak etməyə də hazırııq. Lakin İsveçrədə keçiriləcək sülh sammitində iştirak üçün bizə təklif göndərilməyib”.
Xatırladaq ki, son günlərdə Rusiya Silahlı Qüvvələri Xarkov istiqamətində hücumu gücləndirib. Rus hərbçilərinin burada 30-dan çox kəndi ələ keçirildiyi bildirilir.
Ayşən Mustafa
Globalinfo.az














