Putin-Tramp görüşü haqda Kremldən yeni açıqlama

Putin-Tramp görüşü haqda Kremldən yeni açıqlama

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın görüşü qarşılıqlı səfərlərdən daha tez baş tuta bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.

“Prezidentlər bir-birilərini qarşılıqlı səfərə dəvət ediblər. Yəni Vladimir Putinin ABŞ-a, Donald Trampın da Rusiyaya səfəri ola bilər. Bundan başqa, liderlər üçüncü bir dövlətdə görüş təşkil etmək barədə müzakirələri razılaşdırıblar”, — Peskov deyib.

Aysel Əliyeva
Globalinfo.az