Putin və Rəisi Qarabağı müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim rəisi arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbətində Qarabağda baş verən proseslər müzakirə edilib.

Həmçinin Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə arasında 3+3 məşvərət platformasının aktivləşdirilməsində qarşılıqlı maraq ifadə olunub.

Əliyar Xəlil
Globalinfo.az