Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin dəftərxanası məlumat yayıb.
Ərdoğan Putinə Türkiyənin Ukrayna ilə Rusiya arasında sülhün əldə olunmasında vasitəçi olmağı təklif edib.
Astanada keçirilən danışıqlarda Ukrayna, İsrail münaqişəsi, Suriyadakı vəziyyət və Rusiya-Türkiyə münasibətləri, eləcə də terrorizmlə mübarizə mövzusu müzakirə olunub.
Qeyd edək ki, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında görüş Astanada ŞƏT-in sammiti çərçivəsində baş tutub.
Hər iki ölkənin liderləri arasında danışıqlar bir saat davam edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az














