Putin və Ərdoğan bu məsələləri müzakirə edəcək

Putin və Ərdoğan bu məsələləri müzakirə edəcək

Putin və Ərdoğan Kazanda qaz qovşağı layihəsini müzakirə edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya və Türkiyə prezidentləri BRİKS çərçivəsində qaz qovşağının yaradılması imkanları barədə fikir mübadiləsi aparacaq.

“Qaz nəqli sahəsində türk tərəfdaşlarımızla səmərəli əməkdaşlıq edirik. Qara dənizin dibi ilə uzanan “Mavi axın” və “Türk axını” boru kəmərləri stabil işləyir. Həmçinin Türkiyədə beynəlxalq qaz qovşağının yaradılması layihəsi də müzakirə olunacaq”, – deyə məlumatda vurğulanıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az