Putin və Cinpin arasında görüş olub – YENİLƏNİB

Putin və Cinpin arasında görüş olub – YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında görüş başa çatıb. Çin lideri məhdud və geniş tərkibdə danışıqların, eləcə də çay süfrəsi arxasında qeyri-rəsmi söhbətin aparıldığı Kremli tərk edib.

Globalinfo.az TASS-a istinadla xəbər verir ki, ümumilikdə Rusiya-Çin yüksək səviyyəli danışıqları təxminən 7,5 saat davam edib.

Bu müddət ərzində Putin və Si Cinpin mətbuat qarşısına çıxmağa və təntənəli şəraitdə iki birgə bəyanat imzalamağa nail olublar. Nümayəndə heyətləri mühüm sənədlər paketi, o cümlədən hökumətlərarası saziş imzalayıblar.

*** 18:18

Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin arasında təkbətək görüş başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Kremlin agentliyə verdiyi məlumata görə, tərəflər Ukrayna ətrafında məsələləri və Rusiya-ABŞ münasibətlərini müzakirə edirlər.

Qeyd edək ki, bundan əvvəl prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar keçiriblər.

Aysel Əliyeva
Globalinfo.az