“Ukraynanın suverenliyi demək olar ki, sıfırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Bundan başqa, Rusiya Prezidenti ukraynalı həmkarı Volodimir Zelenskini “qeyri-legitim” adlandırıb.
“Ukraynanın Rusiya ilə danışıqlarını qadağan edən fərmanı Ali Radanın nümayəndəsi ləğv edə bilər. Əgər Kiyev bu fərmanı qüvvədən salmaq istəsə, Ukrayna hakimiyyəti bunun hüquqi yollarını tapa bilər. Bu fərmanı imzalayanda Zelenski “legitim prezident” idi, indi isə o “qeyri-legitim” olduğu üçün fərmanı ləğv edə bilmir”, – deyə Putin qeyd edib.
Əliyar Xəlil














