Putin türklərdən yardım istədi: üçtərəfli ittifaq yaranır?

Qazaxıstan və Rusiya prezidentləri Özbəkistanla birgə üçtərəfli qaz ittifaqının yaradılmasını müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, bunu Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibay deyib.

“Kremldə Qazaxıstan və Rusiya prezidentlərinin danışıqları zamanı Rusiya, Qazaxıstan, Özbəkistanın yer aldığı üçtərəfli qaz ittifaqının yaradılmasından söhbət gedib. Bunun da məqsədi Rusiya qazının Qazaxıstan və Özbəkistan ərazilərindən nəqli ilə bağlı fəaliyyətin koordinasiyasıdır. Tokayev və Putin hesab edir ki, üç ölkənin ekspertlərinin işitrakı ilə detallı danışıqlar aparılmalıdır”, – o bildirib.

Qeyd edək ki, Tokayev bundan öncə Rusiyaya səfər edib. Bu onun prezident seçildikdən sonra ilk xarici səfəri olub.

Son illərdə Rusiya ilə Qazaxıstan arasında münasibətlər gərginləşib. Belə ki, Rusiyanın Ukraynadakı fəaliyyətini dəstəkləmədiyinə görə Kreml Astana üçün əngəllər yaratmağa başlayıb ki, bunlardan da ən vacibi məhz Qazaxıstan neftinin nəqlində problemlərin yaranması olub.

İlkin
Globalinfo.az