Putin Trampın verdiyi 50 gündən belə istifadə edəcək – Detallar

Putin Trampın verdiyi 50 gündən belə istifadə edəcək - Detallar

Rusiya ABŞ Prezidenti Donald Trampın Ukraynada saziş bağlamaq üçün verdiyi növbəti 50 gündən yay hücumunu davam etdirmək üçün istifadə edəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Müəlliflərin fikrincə, Moskva əlavə vaxt qazanıb:

Rusiya ordusu Pokrovsk və Konstantinovkaya yaxınlaşaraq, Ukrayna Silahlı Qüvvələrinin təchizat marşrutlarını kəsməyə cəhd edir. Şəhərlərin yaxınlığındakı məskunlaşma məntəqələrini metodik şəkildə nəzarətə götürür. Bu yerlərin Rusiyaya keçməsi Moskvaya Ukrayna ərzisindəki “Donetsk Xalq Respublikası”nın ələ keçirilməsi üçün zəmin hazırlayacaq.

Üstəlik, hadisələr belə inkişaf etsə, Dnepropetrovsk vilayətinə yol açılacaq. Döyüşlərin Dnepropetrovska yayılması Kiyevin mənəviyyatını sarsıda və istənilən danışıqlarda Kremlə daha çox təsir rıçaqları verə bilər”, – məqalədə qeyd olunub.

Əliyar Xəlil
Globalinfo.az