“Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvada keçiriləcək görüşdə Ukraynanın sülh sazişindən sonra gələcəyini müzakirə edəcəklər”.
Globalinfo.az xəbər verir ki, bunu amerikaşünaslıq üzrə ixtisaslaşmış politoloq Konstantin Bloxin deyib.
“Rusiyanın Krımdan və ya hər hansı yeni ərazilərdən imtina etməyəcəyi aydındır. Eyni zamanda başqa məsələlərdə də bəzi dəyişikliklər ola bilər. Amma Moskva heç vaxt ərazi məsələsində güzəştə getməyəcək.
Əgər onlar bizim tələblərimizi qəbul etməsələr, o zaman dialoq olmayacaq. Çünki Krım və bu dörd ərazi bizim əsas tələblərimizdir. Vacib sual isə Ukraynanın gələcəyidir: hansı formada olacaq, orada hansı qoşunlar yerləşdiriləcək”, – Bloxin bildirib.
Dekabrın 1-də “Vol Strit Jurnal” öz mənbələrinə istinadən yazıb ki, ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün Moskvaya gedirlər.
Əliyar Xəlil
Globalinfo.az